Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 23:48
"Ağıllı" telefonların güclərinin artması mobil oyun şirkətlərinin də işinə yaramış kimi görünür. Bir-birindən maraqlı oyunlar bazara çıxmağa davam edir. "Bu oyunlar arasında ən çox seçilən isə Call Of Duty və PUBG-dir" desək, yanılmarıq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tenecent Games tərəfindən istehsal edilən PUBG rekord oyunçu sayına malik olsa da, bayrağı alan Activision məhsulu Call Of Duty olub.
Bazara çıxarılmasından 265 gün keçən Call of Duty: Mobile Android və iOS əməliyyat sistemlərinə malik cihazlarda 250 milyondan çox yüklənib. Daha öncə bu rekord eyni müddət ərzində 236 milyon yükləmə ilə PUBG Mobile tərəfindən qırılmışdı.
Bu müddət ərzində Call Of Duty-nin gəliri 327 milyon dollar olub. Bu rəqəm PUBG Mobile-dan 78, Fortnite Mobile-dan isə 83 faiz daha çoxdur.
Qeyd edək ki, son dönəmlərdə oyun həvəskarları Call Of Duty-yə meyl edirlər. Çünki PUBG sadəcə qaçaraq həyatda qala biləcəyin bir oyun halına gəlməyə başlayıb. Döyüşmək yerinə qaçaraq, gizlənərək sağ qala bilirsiniz. Bu da tempi aşağı saldığından oyun həvəskarlarını darıxdırır.