Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 13:12
"Bu məğlubiyyəti qəbul etmək çətindir. Ancaq müsbət anları götürmək məcburiyyətindəyəm və növbəti matçlar haqqında düşünürəm”.
Qol.az xəbər verir ki, bu sözləri Argentina yığmasının kapitanı Lionel Messi deyib.
O, Amerika kubokunun ilk turunda Kolumbiyaya uduzduqları (0:2) oyunu şərh edərkən hələ heç nəyin itirilmədiyini bildirib: “Turnirdə hələ şansımız var, buna görə başımızı qaldırmalı və hərəkət etməmiz lazımdır. Artıq bu barədə yox, irəli addım atmalıyıq. Paraqvaylarla qarşılaşma həlledici olacaq".