Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 07:16
2020-ci ilin yanvar-may aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1,97 milyard dollar olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Türkiyənin 2020-ci ilin yanvar-may ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,2 faizə bərabər olub.
May ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin mayı ilə müqayisədə 11,4 faiz azalaraq 417,276 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 20,7 faiz azalaraq 1,145 milyard dollar təşkil edib.
May ayında Türkiyənin həmin ölkələrdən idxalı 2019-cu ilin mayı ilə müqayisədə 34,7 faiz azalaraq 217,658 milyon dollara bərabər olub.