Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb

Tarix: 2 Iyul 2020 19:36

2020-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz azalaraq 1 milyard 759,5 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 252,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 71,2 faizini təşkil edib.

2020-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 37,0 faiz azalaraq 235,2 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 146,5 milyon manat olub.

Milli.Az


Etiketlər:  Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ