Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzuniyyətə çıxanların rayona getməsinə icazə verilməyəcək - ƏTRAFLI

Məzuniyyətə çıxanların rayona getməsinə icazə verilməyəcək - ƏTRAFLI

Tarix: 3 Iyul 2020 14:46

Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, bu səbəbdən vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bu məqamda Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?

Sonxeber.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:

"Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.

Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar. Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir". 


Etiketlər:  Məzuniyyətə çıxanların rayona getməsinə icazə verilməyəcək ƏTRAFLI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ