Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 17:00
Bakı. Trend:
Yaponiyanın cənub-qərbində davam edən daşqınlar nəticəsində azı 15 nəfər həlak olub.
Trend-in məlumatına görə, Kumamura prefekturasında Kumaqava çayının daşması nəticəsində qocalar evini su basıb.
Ölənlərin 14 nəfəri burada aşkar edilib. Daha bir nəfə yaxınlıqdakı kənddə həyatını itirib.
Hazırda 9 nəfər itkin düşmüş hesab edilir.
Qeyd edək ki, təbii fəlakətlə əlaqədar regionda 200 min sakinə təxliyə tövsiyəsi verilib.