Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb

Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb

Tarix: 4 Iyul 2020 17:04

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhər BPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində M.Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşman olduqlarını bildirməklə, səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Suraxanıda dəfn mərasimində istirak edənlər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ