Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Setyendən Messi açıqlaması

Setyendən Messi açıqlaması

Tarix: 4 Iyul 2020 18:30

"Barselona"nın baş məşqçisi Kike Setyen Lionel Messinin Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az İspaniya mətbuatına istinadən xəvər verir ki, o, bununla bağlı deyib:

"Bu mövzu haqda çox danışmayacağam. Messinin bu barədə bir şey söylədiyini eşitməmişəm. Bu, məni maraqlandırmır. Messiyə yaxşı münasibət göstərirəm. Qalan hər şey fərziyyədir. Onunla lazım olan şeyləri danışırıq. Lionelin yaxşı məşq etdiyini görürəm".

Qeyd edək ki, argentinalı hücumçunun "Barselona" ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağı və onun "Mançester Siti"yə keçə biləcəyi iddia olunur.

 


Etiketlər:  Setyendən Messi açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ