Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 5 Iyul 2020 17:28
Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.
Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, polis həmin oteldə karantin qaydaları pozulmasına görə, həmin şəxsləri saxlayıb.
Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.
Milli.Az