Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan kənar ərazilərdə də COVİD-ə görə testlər poliklinikalar tərəfindən aparıla bilər - Plan hazırdır

Bakıdan kənar ərazilərdə də COVİD-ə görə testlər poliklinikalar tərəfindən aparıla bilər - Plan hazırdır

Tarix: 6 Iyul 2020 14:22

Hazırda Bakıdan başqa digər rayon və şəhərlərdə də COVİD məntəqələrinin yaradılması üçün ehtiyacın qiymətləndirilməsi aparılır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Hazırda COVİD məntəqələrinin yalnız Bakıda olduğunu deyən N.Seyidovun sözlərinə görə, digər rayon və şəhərlərdə də poliklinikaların COVİD-19-un müayinə və müalicə prosesinə cəlb edilməsi ilə bağlı plan artıq hazırdır:

"Sadəcə olaraq, bu, epidemioloji vəziyyətdən asılıdır. Sumqayıt şəhəri və digər ərazilərdə buna hələ ki, ehtiyac yoxdur. Lakin yenə də 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin üzərinə düşən yükün artmasını nəzərə alaraq, poliklinikaların bu işə cəlb edilməsi nəzərdə tutulur. Sadəcə, ilkin olaraq, bu prosesə Bakıda başlanılıb. Çünki ən çox yoluxma halları Bakıdadır və yüngül, simptomsuz COVİD xəstələrinin çoxu da məhz buradadır. Məhz Bakıda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti çox yüklənib. Bakıda çarpayı fondunun ciddi azalması müşahidə edilir. Digər bölgələrdə isə yüklülük və çarpayı fondunun azalması ilə bağlı narahatlıq azdır. Lakin bu, gözləniləndir".

N.Seyidov qeyd edib ki, bu səbəbdən mərhələli şəkildə poliklinikaların bu işə cəlb edilməsi nəzərdə tutulub. Poliklinikaların bütün tibbi heyətinin bu prosesə hazır olması üçün artıq təlimlər də keçirilib.

O, hazırda da bu işin davam etdirildiyini, artıq bütün bölgələrə təlimatların göndərildiyini söyləyib.

Xatırladaq ki. Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalovun bildirdiyinə görə, özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq:

"Ondan sonra təcili yardım deyil, poliklinikaların əməkdaşlarından ibarət briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq".


Etiketlər:  Bakıdan kənar ərazilərdə COVİD görə testlər poliklinikalar tərəfindən aparıla bilər Plan hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ