Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 03:52
Bakı. Trend:
Çinin Sıçuan əyalətində baş verən zəlzələlər nəticəsində 11 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, zəlzələ həmçinin 122 nəfərin xəsarət almasına səbəb olub.
Xatırladaq ki, ötən gün Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.
İlk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.
İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin