Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunur - FOTO

Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olunur - FOTO

Tarix: 6 Iyul 2020 23:36

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən "Dost qapısı" kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Milli.Az


Etiketlər:  Bakıda karantin rejimi qaydalarına əməl etməyən səxslər cərimə olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ