Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 11:56
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhər BPİ, Binəqədi RPİ və 6-cı PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində "Lokomativ-Biləcəri" çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.