Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 16:09
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".