Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 07:36
İngiltərə çempionatının 34-cü turunda "Çelsi" futbolçuları "Kristal Pelas" komandasını məğlub edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş "Kristal Pelas" stadionunda keçirilib və 3:2 hesabı ilə sona çatıb.
Qaliblər tərəfindən qolları Olivye Jiru (6-cı dəqiqə), Kristian Pulişiç (27-ci dəqiqə) və Temmi Abraham (71-ci dəqiqə) vurublar. Meydan sahiblərindən isə Vilfrid Zaa (34-cü dəqiqə) və Kristian Benteke (72-ci dəqiqə) fərqləndiblər.
"Çelsi" ölkə premyer liqasında 60 xalla üçüncüdür. Ardıcıl dördüncü məğlubiyyətə uğrayan "Kristal Pelas" isə 42 xalla 14-cü yerdə qərarlaşıb.
34-cü turun digər oyununda "Uotford" öz meydançasında "Norviç"i məğlub edib - 2:1.