Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 14:18
Futbolda tətbiqinə icazə verilən 5-ci əvəzetmə qaydası növbəti mövsümdə də davam etdiriləcək.
Qol.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Bununla bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib.
Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilir. Bunu fasilədə də etməyə icazə verilir. Əlavə vaxtda isə 6-cı əvəzetmə də mümkündür.
Qeyd edək ki, UEFA koronavirus pandemiyasına görə bir müddət əvvəl oyun zamanı 5 əvəzetməyə icazə verib. Avropa futbol qurumu bundan əvvəl 2020/2021 mövsümündə öz bayrağı altında keçiriləcək yarışlarda əvəzetmə sayının 3 olacağını açıqlayıb.