Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ

Tarix: 8 Iyul 2020 15:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər.

Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan şəxslərin bu virusa yenidən yoluxmayacaqları ilə bağlı elmi sübut yoxdur:

“Orqanizmdə koronavirusa görə immunitetin nə qədər müddətə davam etdiyi bilinmir. Bəziləri deyir ki, bu immunitet 2-3 həftə, bəziləri deyir ki, 2-3 ay davam edir. Bu müddətin nə qədər olduğu dəqiq bilinmədiyi üçün COVİD-19-a yoluxan şəxs bu virusa yenidən yoluxa bilər”.

N.Seyidov qeyd edib ki, COVİD-19-a növbəti dəfə yoluxanların bu xəstəliyi yüngül və ya ağır keçirməsi barədə də məlumatlar yoxdur:

”İstər bir dəfə, istərsə 2 dəfə yoluxmadan və ya ümumiyyətlə yoluxub-yoluxmamasından asılı olmayaraq, hamı eyni qaydalara riayət etməlidir. Çünki sübutlar var ki, yoluxanların 10 faizi COVİD-19-a yenidən yoluxa bilir”.

İşçi qrupun üzvü bildirib ki, COVİD-19-u yüngül və simptomsuz keçirən pasiyentlər tam sağaldıqdan sonra belə virus onların yuxarı tənəffüs orqanlarında 1-2 həftə qala bilir.


Etiketlər:  Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ