Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi

İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi

Tarix: 18 Iyun 2019 12:56

Bakı. Trend:

İkinci Avropa Oyunlarının məşəli yarışların keçiriləcəyi Minsk şəhərinə çatıb.

Trend-in məlumatına görə, məşəli biatlon üzrə dördqat Olimpiya çempionu Darya Domraçeva, avarçəkmə üzrə Olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova məşəli Belarus paytaxtının mərkəzi meydanına çatdırıb.

Burada məşəl Minsk meri Anatoli Sivaka, Belarus Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifələrini icra edən Viktor Lukaşenkoya və idman və turizm naziri Sergey Kovalçuka təhvil verilib.

Qeyd edək ki, Avropa oyunlarının məşəli mayın 3-də İtaliyanın paytaxtı Romada yandırılıb, oradan Monblan zirvəsinə, Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşaya keçib.

İkinci Avropa oyunları iyunun 21-dən iyulun 1-dək Minskin “Dinamo” stadionunda keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İkinci Avropa Oyunlarının məşəli Minskə gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ