Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL Dubaydan çarter reysi yerinə yetirib - FOTO

AZAL Dubaydan çarter reysi yerinə yetirib - FOTO

Tarix: 8 Iyul 2020 23:12

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırmışdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.


Etiketlər:  AZAL Dubaydan çarter reysi yerinə yetirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ