Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sarri rəhbərlikdən üç transfer istədi

Sarri rəhbərlikdən üç transfer istədi

Tarix: 18 Iyun 2019 14:04

Bir neçə gün öncə "Yuventus"a baş məşqçi təyin olunan Mauritsio Sarri qarşısına böyük hədəflər qoyan klub rəhbərliyindən minimum 3 futbolçu transfer olunmasını istəyib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, 60 yaşlı mütəxəssis "Latsio"dan  Sergey Milinkoviç-Saviç, "Fiorentina"dan Federiko Kyeza və "Mançester Yunayted"dən Pol Poqbanın alınmasını tələb edib. Təcrübəli çalışrıcı Sami Xedira, Mario Mancukiç və Paulo Dibala haqda isə hələ qərar verməyib.

Qeyd edək ki, Sarri bu vəzifədə bir müddət öncə komandadan ayrılan Massimiliano Alleqrini əvəzləyib.

 


Etiketlər:  Sarri rəhbərlikdən üç transfer istədi


RƏYLƏR