Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 14:46
"Real"ın futbolçusu Eden Hazard La Liqanın 35-ci turunun "Alaves"lə oyununa hazırlaşır.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə qayıdıb. Ancaq 29 yaşlı oyunçu çərşənbə axşamı və çərşənbə günü məşqlərdə iştirak edə bilməyib.
Bildirilib ki, baş məşqçi Zinəddin Zidan futbolçunun sağlamlığı ilə bağlı risk etmək istəmir. Ancaq "Alaves"ə qarşı görüşdə qalibiyyətin vacibliyi onun planlarına təsir edə bilər.
Qeyd edək ki, Hazard ölkə çempionatında "Espanyol"la matçda ayağında ağrılar hiss edib. Bu səbədən o, "Xetafe" və "Atletik"lə qarşılaşmaları buraxıb.