Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 17:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı 2020-ci il iyulun 6‑dan başlayıb və iyulun 15-dək davam edəcək.
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir:
"Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.
Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər".