Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Meksika ilə sərhədinə süni intellekt nəzarət edəcək

ABŞ-ın Meksika ilə sərhədinə süni intellekt nəzarət edəcək

Tarix: 9 Iyul 2020 20:52

Donald Trampın administrasiyası "Anduril Industries" şirkəti ilə beşillik əməkdaşlıq müqaviləsi bağlayıb. Bu əməkdaşlıq, Meksika və ABŞ arasında "virtual divar"ın yaradılmasını nəzərdə tutur. Süni intellektə əsaslanan sistem vasitəsilə qeyri-qanuni şəkildə sərhədi keçmə cəhdlərin qarşısı alınacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Anduril Industries" 2022-ci ildə ABŞ ilə Meksika arasındaki sərhəd boyunca 200 ədəd ağıllı kosmik nəzarət stansiyası yerləşdirəcək.

"10 metrlik qüllənin üstündə heyvanları, nəqliyyat vasitələrini və insanları izləmək üçün sensorlar, kameralar və antenalardan ibarət bir sıra qurğular yerləşdiriləcək. İnsan, heyvan, nəqliyyat vasitəsi, təyyarə və ya gəmi - bir sözlə, sərhədin kim tərəfindən keçildiyini dəqiq biləcəyik", - "Anduril İndustries"in maliyə direktoru Riçard Ştekman bildirib.

Bu sistemin əsas xüsusiyyəti "Latur AI"dır. Süni intellekt bütün kameralardan və sensorlardan alınan məlumatları birləşdirəcək və hərəkət edən obyektləri müəyyən edəcək. Birləşdirilən məlumatlar ABŞ-ın Sərhəd Xidmətinə və hüquq-mühafizə orqanlarına göndəriləcək.

Qeyd edək ki, "Anduril Industries"in yeganə zəif nöqtəsi üz tanıma texnologiyasını (FaceİD) dəstəkləməməsidir. Şirkət rəhbərliyi fərdi məlumatların toplanmasına qarşıdır.


Etiketlər:  ABŞ Meksika ilə sərhədinə süni intellekt nəzarət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ