Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL Kiyevdən çarter reysi yerinə yetirib

AZAL Kiyevdən çarter reysi yerinə yetirib

Tarix: 9 Iyul 2020 23:24

Bakı. Trend:

İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

AZAL Kiyevdən çarter reysi yerinə yetirib - Gallery Image AZAL Kiyevdən çarter reysi yerinə yetirib - Gallery Image AZAL Kiyevdən çarter reysi yerinə yetirib - Gallery Image AZAL Kiyevdən çarter reysi yerinə yetirib - Gallery Image AZAL Kiyevdən çarter reysi yerinə yetirib - Gallery Image


Etiketlər:  AZAL Kiyevdən çarter reysi yerinə yetirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ