Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanmasına dair elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik

BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanmasına dair elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik

Tarix: 10 Iyul 2020 12:30

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19 virusunun qida məhsullarından qaynaqlanmasına dair hələ heç bir elmi məlumat aşkarlanmasa da, onlardan istifadə edərkən gigiyena qaydalarına artıq daha çox diqqət etməliyik, çünki sağlamlığımız istifadə etdiyimiz qida məhsullarından asılıdır.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası dünyanın hər bir yerində və Azərbaycanda davam edir və ətrafımızda bu virusun təsirlərini hiss etməkdəyik:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı olaraq biz virusun ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına təsirlərinin aradan qaldırılması üçün çalışırıq və bu istiqamətdə hər zaman Azərbaycan hökümətinin yanındayıq və onların səylərini dəstəkləriyirik. Biz ilk öncə fermerlərimizin sağlamlıqlarını nəzərə almaqla ərzaq təchizatı zəncirinin dayanıqlılığını təmin etməliyik. Onların bu dövrdə istehsal etdiyi məshullar bizim ərzaq təhlükəziliyimizin təminatçısıdır. Bildirmək istərdim ki, Təhlükəsiz qida yalnız sağlamlığımızın təmin olunması üçün deyil, həm də dayanıqlı iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq nüfuzu üçün vacib məsələdir. Hər birimiz bu yeni - normal adlandırdığımız həyata artıq uyğunlaşmalı və qaydalara əməl etməliyik. Bunu özünüz üçün, ailəniz üçün və Azərbaycan üçün edin".


Etiketlər:  COVİD qida məhsullarından qaynaqlanmasına dair elmi məlumat aşkarlanmasa gigiyena qaydalarına diqqət etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ