Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 17:22
Yoluxma ilə sağalma sayı eyniləşir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, biz artıq sabitləşmə ilə rastlaşırıq: "Yoluxanlarla sağalanlar arasında eyniləşmə baş verir. Artıq vətəndaşlar qaydalara əməl etməsindən biz sabitləşməyə nail olmuşuq. İnsanlar daha ciddi şəkildə qaydalara əməl edir. Vətəndaşlar xəstəliyin ciddiliyinə inanır. Nə qədər qaydalar sərtləşsə də, biz birləşməsək xəstəliyə qalib gələ bilmərik".