Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” öz kriptovalyutasını yaradacaq

“Facebook” öz kriptovalyutasını yaradacaq

Tarix: 18 Iyun 2019 16:12

Bakı. Trend:

“Facebook” şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Trend-in məlumatına görə, “Libra” adını daşıyacaq kriptovalyuta ilə “Facebook Messenger”, “WhatsApp” və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq.

Bir müddət əvvəl məlumat verilmişdi ki, “Visa”, “Mastercard”, “PayPal” və “Uber” “Facebook”un yaradacağı kriptovaluyutanın idarə olunması üçün konsorsiumun təsis olunması üçün 10 milyon dollar vəsait qoymağa hazırdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Facebook kriptovalyutasını yaradacaq


RƏYLƏR