Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 08:08
"Intel" şirkəti olduqca sürətli "Thunderbolt" interfeysinin dördüncü nəslini təqdim edib. Yenilənmiş giriş-çıxış interfeysinin yeni nəslində az sayda təkmilləşdirmə həyata keçirilib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, texniki cəhətdən "Thunderbolt 4" interfeysi daha sürətli olmayıb. Həm dördüncü, həm də üçüncü nəsil məlumatların ötürülməsi üzrə eyni maksimal sürəti (40 Qbit/s-dək) təmin edir. Eyni zamanda "Intel" korporasiyası interfeysin yeni versiyası ilə işləyən sistemlər üçün minimal tələbləri yeniləyib.
İndi "Thunderbolt 4" interfeysinə malik kompüterlərə 4K təsvir ölçülü ən azı iki kənar monitor qoşmaq olar, halbuki "Thunderbolt 3" interfeysində bu göstərici 1-ə bərabərdir. "PCIe" protokolu üzrə qoşulmanın sürəti 2 dəfə (32 Qbit/s-dək) yüksəlib, deməli, kənar SSD daşıyıcıları indi daha sürətli işləyəcək. "Thunderbolt 4" interfeysi ilə təchiz edilmiş noutbuklarda portlardan ən azı biri akkumulyatorun enerji ilə doldurulması üçün istifadə ediləcək.
"Thunderbolt 4" interfeysində, həmçinin yaddaşa birbaşa müdaxilə tipli hücumlara qarşı daxili müdafiə vasitəsi reallaşdırılıb.