Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 00:32
Bakı. Trend:
Venesuelanın Portuqesa ştatında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Venesuela Seysmoloji Tədqiqatlar Fondunun "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, zəlzələnin ocağı 5 km dərinlikdə, episentri isə Biskukuya yaşayış məntəqəsindən 11 km şimal-şərqdə olub.
2018-ci ilin avqustunda Venesuelada 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 31,6 km dərinlikdə yerləşib və episentri ölkənin Sukre ştatında Yaquaraparo şəhərindən 5 km məsafədə yerləşib.