Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstandan 200 Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

Gürcüstandan 200 Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

Tarix: 13 Iyul 2020 12:22

12:19

Gürcüstandan 200 Azərbaycan vətəndaşının təxliyəsi başa çatdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 4 xüsusi avtobusla "Sınıq Körpü" sərhəd-keçid məntəqəsinə gətirilən vətəndaşların Azərbaycan ərazisinə keçməsi təmin edilib

---------
09:35

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da  buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində "PCR" testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb.

Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstandan 200 Azərbaycan vətəndaşı təxliyə edilib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ