Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi''

''Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi''

Tarix: 13 Iyul 2020 11:18

Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar Ermənistanın dünya birliyinə və beynəlxalq hüquqa tam sayqısız yanaşdığını bir daha göstərdi.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlqmasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, Azərbaycandan işğalla qopardığı torpaqları azad etmək prosesinə real şəkildə qoşulmaq əvəzinə Ermənistanın təxribatlara əl atması daimi hal almağa başlayır: "Bir daha sübut olunur ki, Ermənistan münaqişənin danışıqlarla həll edilməsində maraqlı deyil və işğala əsaslanan indiki vəziyyəti dəyişməz saxlamaq istəyir. Azərbaycanla sərhədlərdə törədilən bütün təxribatların məsuliyyəti tam şəkildə Ermənistan rejiminin üzərindədir. İndiki Ermənistan rejimi həm Azərbaycanla danışıqlara pozuculuq münasibətində ,həm də ölkənin strateji təhlükəsizlik sənədlərinin hazlrlanmasında regional sülhə heç bir töhfə vermək istəmədiyini açıq göstərir. Əgər baş nazir Paşinyan "əsas vəzifəmiz Qarabağın azadlıq uğrunda tarixi mübarizəsinin indiki nəticələrini qorumaq və tanıtmaqdır" kimi regional sabitliyi alt-üst edın tezisi ölkənin milli təhlükısizlik strategiyasına daxil edirsə ,bu artıq qəti şəkildə o deməkdir ki, Ermənistan rejimi regionumuzu müharibəyə sürükləməyi özünə məqsəd seçib".

Ekspert bildirib ki, Azərbaycanla sərhəddə ən yeni təxribatları Ermənistan rejimi özü üçün çox əlverişsiz daxili və beynəlxalq münasibətlər şəraitində törədir, daha doğrusu törətməyə məhkumdur: "Koronovirusla uğursuz mübarizə və daxildə ağırlaşan sosial-iqtisadi şərait üzündən Paşinyan hakimiyyətinin əhali arasında "inqilabçı populyarlığı"sonadək dağılmaq üzrədir .Ölkənin əsas siyasi qüvvələri Paşinyan hakimiyyətinə qarşı sürətlə birləşməkdədir. Mövcud Ermənistan rejimi ictimai diqqəti özü üçün çox çətin daxili vəziyyətdən yayındırmaq naminə sərhədlərdə mütəmadi təxribatlar törətməkdə mütləq maraqlıdır.Hazırki beynəlxalq münasibətlər şəraiti də Ermənistan üçün getdikcə daha əlverişsiz xarakter almaqdadır. Ermənistan dövlətinin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır,Azərbaycan diplomatiyasının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi Ermənistanı daha təklənmiş vəziyyətə salır.Azərbaycanla sərhəddə törədilən son təxribat Ermənistan rejiminin ölkə daxilindən və beynəlxalq miqyasdan gördüyü təzyiqlərə məcburi və uğursuz cavab reaksiyasıdır.Paşinyan hakimiyyəti yaxşı başa düşür ki, getdikcə ondan narazı düşən erməni cəmiyyətinin diqqətini başqa tərəflərə yönəltməsə onun üçün çıxılmaz vəziyyət daha tez yetişəcək.Azərbaycanın Qarabağ məsələsində Ermənistanı daha təklənmiş duruma salması onu kənarlarda yeni himayədarlar axtarışına sövq edir.Heç bir şübhə yoxdur ki,Ermınistan rejimi sərhəd təxribatları ilə özünün üzv olduğu hərbi-siyasi təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb etmək istəyir.Təhlillər göstərir ki,Ermənistanın öz hərbi-siyasi təşkilat ortaqlarını münaqişəyə cəlb etmək sıyləri növbəti iflasla nəticələnəcək.Azərbaycanla sərhəddə Ermənistanın son təxribatları mövcud rejimin ölkə daxili siyasi və beynəlxalq diplomatik uğursuzluqlarının məntiqi davamıdır".


Etiketlər:  Azərbaycanla sərhəddə törətdiyi təxribatlar Ermənistanın dünya birliyinə beynəlxalq hüquqa sayqısız yanaşdığını daha göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ