Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 20:54
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı (GUAM) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünü qınayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə GUAM-ın Tvitter hesabında bildirilib.
"GUAM-ın baş katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqaməti boyu etdiyi hücumları pisləyir. Biz yenə də qeyd edirik ki, münaqişələr GUAM regionunun rifahı, stabilliyi və firavanlığına əngəldir", - məlumatda qeyd olunub.