Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 23:30
Bu kəndlər mənə çox yaxın olan yerlərdir, mən vaxtı ilə bu ərazilərin qorunmasında xidmət etmişəm. Yenə də bu kəndlərin sakinləri mərdliklə erməni təxribatına qarşı dayanıblar.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu hazırda Tovuzda olan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, bu gün də göründüyü kimi burda yaşayan insanlar bu yaşayışı həyat obrazına çevirib. Silahlı Qüvvələrimizlə birlikdə burda yaşayan sakinlər də ərazilərin qorunmasında iştirak edir:
"Vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənilərin bu təxribatı törətməkdə məqsədlərindən biri Tovuzun Ağdam kəndi istiqamətində olan yüksəklikləri ələ keçirmək və bu istiqaməti nəzartə saxlamaq üçün edirlər".
A.Nağıyev bildirib ki, Ermənistan hakimiyyətinin digər məqsədlərindən biri bu təxribat törədib atəşkəsi pozmaqla üzv olduqları digər təşkilatları da bu münaqişəyə cəlb etməkdir:
"Digər məqam isə Ermənistan cəmiyyəti Azərbaycanın müstəqil siyasətini, beynəlxalaq təşkilatlarda nüfuzunun qalxmasını istəmirlər. Məhz buna görə də bu münaqişədən vasitə kimi istifadə edirlər.
Üçüncü məqam isə odur ki, ermənilərin öz daxilində olan iqtisadi-sosial problemlərdir, "Qarabağ kartı"nı qabartmaqla ictimai rəyi dəyişdirməyə çalışırlar.
Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur".