Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN Şəmkirdə suçəkmə işlərinə qüvvə cəlb edib

FHN Şəmkirdə suçəkmə işlərinə qüvvə cəlb edib

Tarix: 14 Iyul 2020 08:10

İyulun 13-ü səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və Abbaslı kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Sonxeber.net FHN-ə istinadən xəbər verir ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Etiketlər:  Şəmkirdə suçəkmə işlərinə qüvvə cəlb edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ