Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK

Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK

Tarix: 15 Iyul 2020 07:21

İngiltərəli mütəxəssislər koronavirusa qarşı immuntetin daimi olmadığını, xəstələrin hər an yenidən koronavirusa yoluxacaqlarını açıqlayıblar.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, İngiltərədə aparılan araşdırmada məlum olub ki, koronavirus xəstələri immuntetlərini itirərək, qripdə olduğu kimi gələn il yenidən yoluxa bilərlər. Londonun ''Guys and St Thomas'' xəstəxanasında aparılan araşdırmada 90-dan artıq tibb işçisi və xəstələrin immuntet sistemi araşdırılıb. Virusa qarşı savaşan antikorlar virus yoluxduğu anda yüksələrək, 3 həftədən sonra sürətlə aşağı düşüb. Qan testlərinin nəticəsinə görə virusa yoluxanların 60 faizi güclü immuntet sayəsində sağalıblar. Ancaq üç ay sonra sadəcə 17 faiz insan virusa qarşı immunitetini qoruyub saxlaya bilib. Mütəxəssislərin fikrincə immunteti qorumağın ən yaxşı yolu virusa qarşı peyvəndin vurulmasıdır.


Etiketlər:  Koronavirusda immunitet qalıcı deyil qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ