Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu günlər onlara edilən hər telefon zənginin, hər müraciətin arxasında bir nigarançılıq, bir təlaş var...

Bu günlər onlara edilən hər telefon zənginin, hər müraciətin arxasında bir nigarançılıq, bir təlaş var...

Tarix: 15 Iyul 2020 15:27

Bakı. Trend:

Heç bir tibb müəssisəsi Xəstə xidmətləri şöbəsi və Çağrı Mərkəzi olmadan fəaliyyət göstərə bilməz. Bu günlər COVİD-19 infeksiyası ilə bağlı Mərkəzi Gömrük Hospitalının bu şöbələri də sarı zonada gərgin iş rejimində çalışır. Burada adətən bizi gülərüz, mehriban personal qarşılayır, hər bir müraciətimizə, hər bir sualımıza səbrlə cavab verirlər. Onlar Xəstə xidmətləri şöbəsinin və Çağrı Mərkəzinin işçiləridir.

Xəstə xidmətləri şöbəsində 22 nəfər qeydiyyatçı, Çağrı mərkəzində isə 7 əməkdaş çalışır. Bütün işçilər 7/24 növbəli iş rejimində çalışır. Tibb qeydiyyatçıları xəstə yaxınlarına dəstək olaraq xəstələrin vəziyyəti barədə məlumatlandırır, aparılan müalicələrin qeydiyyatı, xəstəlik tarixlərinin yazılması və hazırlanması, pasiyentlərin sağaldıqdan sonra evə buraxılması barədə məlumatlar verirlər.

Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova həm qeydiyyatçılara, həm də Çağrı mərkəsinə nəzarət edir. Gələn zənglərin düzgün cavablandırılması və yönləndirilməsi, açılan sənədlərin yoxlanılması, şöbələrdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətlərə nəzarət, müraciət edən xəstələr üçün palataların təyini, qəbul olunan və evə yazılan xəstələrin müalicə kartlarının təyinatlar üzrə yoxlanılması və digər işləri həyata keçirir.

Şöbələrin ilk baxışdan bəlkə də çox asan görünən işi əslində səbr, işə həvəs, bilik, bacarıq, böyük təcrübə və vərdişlər tələb edir. Bütün bunlara sahib olmaq üçün isə, ən başlıcası, seçdiyin peşəyə sevginin olmasıdır. Bu gün şöbələrin işçiləri yaxşı başa düşürlər ki, onlara edilən hər telefon zənginin, hər müraciətin arxasında bir nigarançılıq, bir təlaş durur. Doğma adamının vəziyyətini öyrənmək məqsədilə gecə-gündüz edilən zənglərin cavablandırılması həqiqətən, ağır işdir.

Amma Gülşən xanım İmanovanın rəhbərliyi altında çalışan tibb qeydiyyatçıları Nərmin Abbasova, Nərmin Abbaszadə, Könül Abdülrəhimli, Leyla Ağalarova, Əsmər Ağayeva, Nərmin Allahverdiyeva, Sevinc Allahverdiyeva, Zibər Babayeva, Sevinc Bayramova, Nigar Behbudova, Nanə Daşdəmirova, Günel Cəbrayılova, Şəbnəm Əliyeva, Elnarə Fərəyova,

Cəmilə Xudiyeva, Selbin Xələfova, Aysel Kazımlı, Xəyalə Quliyeva, Qərənfil Mehdiyeva, Elnarə Nəsibova, Günel İsmayılova və Cağrı mərkəzinin əməkdaşları Nigar Zeynalova, Gülşən Şahverdiyeva, Gülnarə Əliyeva, Cəmilə Hacıyeva, Gülçöhrə Budaqova, Ülkər Babayeva, Şəms Şərifova bu işin öhdəsindən müvəffəqiyyətlə gəlirlər.

İşin bütün ağırlığına baxmayaraq, Hospitalın bütün kollektivi kimi onlar da əmindirlər ki, tezliklə bu koronavirus adlı kabus Vətənimizin başı üstündən çəkilib gedəcək.


Etiketlər:  günlər onlara edilən hər telefon zənginin hər müraciətin arxasında nigarançılıq təlaş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ