Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhliman Əmiraslanov: Xalq dövlət başçısının siyasətini dəstəkləyir

Əhliman Əmiraslanov: Xalq dövlət başçısının siyasətini dəstəkləyir

Tarix: 15 Iyul 2020 23:57

Bakı. Trend:

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ötən gün baş verən hadisələrə münasibətini bildirib.

Trend-in məlumatına görə, akademik qeyd edib ki: “ Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirmişlər. Dəstək aksiyaları Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilmişdir. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir.

Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışmışdır. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş və binaya zərər vurmuşlar. Bu zaman jurnalistlərə qarşı zorakılıq edilmişdir. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışmışlar.

Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq, təxribatçılar və beşinci kolonun nümayəndələri müəyyənləşdiriləcək və hüquq müstəvisində cəzalarını alacaqlar. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik”.


Etiketlər:  Əhliman Əmiraslanov Xalq dövlət başçısının siyasətini dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ