Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Partizani”nin baş məşqçisi “Qarabağ” haqda – “Yaxşı olacaq”

“Partizani”nin baş məşqçisi “Qarabağ” haqda –  “Yaxşı olacaq”

Tarix: 19 Iyun 2019 13:32

"Bu, mənim “Partizani”də ilk günüm idi. Meydançada uşaqlarla görüşdüm. Çox pozitiv görüş oldu. Yaxşı məşq keçdik. Böyümək və inkişaf etmək istəyən komanda gördüm”.

Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ“ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Partizani” klubunun baş məşqçisi Franko Lerda deyib. Püşkün nəticəsini dəyərləndirən italiyalı mütəxəssis Ağdam klubu ilə oyunların asan olmayacağını bildirib:

“Püşkdən əvvəl arzuladığım xüsusi bir rəqib yox idi. Biz yalnız qarşıdakı oyunu düşünməli və matça həm fiziki, həm də texniki baxımdan hazırlıqlı olmalıyıq. Mərhələni keçmək üçün isə hər şeydən öncə psixoloji hazırlığımızdan əmin olmalıyıq. Çünki indi asan oyun yoxdur. İnanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

 


Etiketlər:  Partizaninin baş məşqçisi Qarabağ haqda Yaxşı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ