Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Milli QHT Forumu BƏYANAT yaydı

Azərbaycanın Milli QHT Forumu BƏYANAT yaydı

Tarix: 16 Iyul 2020 18:26

İyulun 12-dən etibarən  Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində  başlayan şiddətli döyüşlər davam etməkdədir. 14 iyun tarixdə minlərlə insan Azərbaycan Ordusuna, Ali Baş Komandana və dövlətə dəstək məqsədilə, paytaxtın müxtəlif ərazilərində Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın azad olunması ilə bağlı şüarlar səsləndirərək  izdihamlı yürüş ediblər. Bu yürüş, dövlətçiliyimiz ətrafında milli birliyin göstəricisi,  həmrəyliyin yüksək formada nümayişi, işğalçı düşmənə qarşı ciddi mesaj idi.

Bütün yuxarıda qeyd olunanlarla yanaşı, bir qrup şəxs yürüşündən sui-istifadə edərək, təzyiqlə Parlamentin binasına daxil olmuş və təxribat törətmışlər. Sözsüz ki, bu təxribat, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrin, istənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların növbəti antimilli fəaliyyətinin nəticəsi idi. Onu da qeyd edək ki, dəstək aksiyasını iştişaşa çevirmək istəyən, Milli Məclisin binasına girərək vandallıq törədən, polislərə qarşı zor işlədən, təhrikçi çağırışlar səsləndirən həmin şəxslər cinayət məsuliyyəti daşıyıcılarıdır.

Sıralarında 730 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, təxribatçılara qarşı qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq. Həmin gün orduya dəstək yürüşü fonunda təxribatçılardan biri Rəşad Məmmədov təxribat xarakterli video yayaraq, dezinformativ məlumatlarla insanlar arasında panika yaratmağa çəhd göstərmişdir. Biz ölkəmizin hüquq-mühafizə orqanlarına müraciət edərək, Rəşad Məmmədova və digər təxribatçılara qarşı, qısa zamanda inzibati hüquq qaydalarına uyğun olaraq müvafiq tədbirlərin görülməsini xahiş edirik.


Etiketlər:  Azərbaycanın Milli Forumu BƏYANAT yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ