Tarix: 17 Iyul 2020 00:28
Ukrayna Premyer Liqasında 31-ci turun oyunları keçirilib. Qol.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda səfərdə “Desna” ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Aleksandriya” 31 turdan sonra 48 xalla 5-ci pillədə qərarlaşıb.