Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 08:28
Bakı. Trend:
Papua-Yeni Qvineya sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Zəlzələnin episentri 6 min nəfərdən çox əhalisi olan Kokoda şəhərindən 119 km şimalda, ocağı isə 85 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.