Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 17:40
Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin "Karl Marks dairəsi" kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində "Xutor dairəsi" istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.
Bu barədə Sonxeber.net-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda bildirilb.