Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya “5G” şəbəkəsinin qurulmasında “Huawei” xidmətlərindən imtina edib

Britaniya “5G” şəbəkəsinin qurulmasında “Huawei” xidmətlərindən imtina edib

Tarix: 18 Iyul 2020 08:12

Böyük Britaniya hökuməti Çinin "Huawei" şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında iştirakını rəsmən qadağan edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qəbul edilmiş qərara görə, hazırda quraşdırılmış "Huawei" şəbəkə avadanlığı "5G" şəbəkəsindən çıxarılacaq, rabitə operatorlarına isə 2021-ci ilin yanvarından etibarən Çin istehsalçısından yeni "5G" telekommunikasiya avadanlığının alışı qadağan ediləcək.

Bildirilir ki, Britaniya operatorlarına "5G" infrastrukturundan avadanlığın ləğv edilməsinə 7 il möhlət verilib. Avadanlığın demontaj və dəyişdirilməsinin təxmini dəyəri 2 milyard funt-sterlinq təşkil edir.

Qərar Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən "Huawei" şirkətinin Britaniya milli infrastrukturunda rolu haqqında yeni hesabat dərc edildikdən sonra qəbul olunub. Qəbul edilmiş qərar hökumətin yanvarda bəyan edilən mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, o zaman "Huawei" avadanlığından Britaniyanın "5G" infrastrukturunda bir sıra məhdudiyyətlərlə istifadəsinə icazə verilib.

Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden qərarın ölkədə "5G" şəbəkəsinin qurulmasını yubadacağı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bundan başqa, hökumət rabitə operatorlarına genişzolaqlı internet üçün "Huawei" avadanlığının alışından imtina etməyi tövsiyə edib.


Etiketlər:  Britaniya şəbəkəsinin qurulmasında Huawei xidmətlərindən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ