Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

2020-ci ildə İT bazarının həcmi koronavirusa görə 7,3% azalacaq

Tarix: 18 Iyul 2020 08:32

"Gartner" tədqiqat şirkətinin analitikləri 2020-ci il üçün İT bazarı üzrə proqnoza düzəliş ediblər. Əvvəl informasiya texnologiyaları sahəsi üzrə xərclərin 8% azalması gözlənilirdisə, indi bu göstərici 7,3%-ə bərabərdir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, elektron qurğular, həmçinin kompüter və smartfonlar bazarında böyük azalma gözlənilir. 2020-ci ildə bu istiqamətdə satış həcmi 16,1% azalaraq 596,9 milyard dollar təşkil edəcək. Məlumat mərkəzi sistemləri üçün qlobal xərclər 10,3% (188,4 milyard dollar) azalacaq, İT xidmət və korporativ proqram təminatı seqmentlərində müvafiq olaraq 6,8% (969,4 milyard dollar) və 5,7%-lik (449,5 milyard dollar) azalma gözlənilir.

Koronavirus infeksiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqca əksər müəssisələr tezliklə adi iş vəziyyətinə geri qayıdacaqlar, buna görə daha yüksək gəlir əldə etməyə əminliyin artması gözlənilir. Bu, müəssisələrə əvvəllər xərclərə qoyulmuş sərt məhdudiyyətləri azaltmağa imkan verəcək və İT direktorlar İT xərclərini bərpa edə biləcəklər.


Etiketlər:  2020 ildə bazarının həcmi koronavirusa görə azalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ