Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabah 40 dərəcəyədək isti olacaq

Sabah 40 dərəcəyədək isti olacaq

Tarix: 18 Iyul 2020 13:18

Bakı. Samir Əli - Trend:

19 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

19 iyulda Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Etiketlər:  Sabah dərəcəyədək isti olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ