Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 16:12
"Dünən sosial şəbəkələrdə metronun "Koroğlu" stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılmışdı".
Sonxeber.net bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.
"Bununla əlaqədar bildiririk ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib. Əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək", - nazirlikdən bildirilib.