Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 19:40
Avrokuboklarda təmsilçilərimiz - “Qarabağ” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəlib.
Qol.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.
18 iyul
17:30. “Qarabağ” – “Keşlə” - 3:1
Qollar: Aleksandr Kristovao, 6 (0:1), Filip Ozobiç, 11-pen (1:1), 51 (2:1), Mahir Emreli, 65 (3:1)