Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 19:06
Amerika Nefroloqlar Cəmiyyəti mütəxəssislərinin fikrinə görə, adi alma böyrəklər üçün "meqa-faydalı" məhsuldur.
Alimlərin müşahidələrinə görə, tez-tez alma yeyən insanlarda böyrək daşı xəstəliyinə bu meyvəni xoşlamayan və nadir hallarda yeyən insanlarla müqayisədə 45% daha az rast gəlinir.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi almanın tərkibində çoxlu miqdarda olan pektindir. Pektinin bir çox faydalı xüsusiyyətləri var: qanda şəkər və xolesterinin səviyyəsini aşağı salır, bağırsağın sağlamlığını qoruyur, piylənmənin riskini azaldır.
Mütəxəssislər hər gün 1-2 alma yeməyi tövsiyə edirlər.