Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 23:33
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 18-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9 263 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 619 786 test aparılıb. Aktiv xəstə sayı 8 334 nəfərdir, onlardan 333 nəfər reanimasiyadadır, 63 nəfər isə süni tənəffüs aparatına qoşulub.