Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada koronavirusdan daha 14 nəfər ölüb

Moskvada koronavirusdan daha 14 nəfər ölüb

Tarix: 19 Iyul 2020 04:24

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 4 299 nəfərə çatıb. İyulun 18-nə olan məlumata görə, Rusiyada 233 minə yaxin koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 170 mindən çox xəstə sağalıb.


Etiketlər:  Moskvada koronavirusdan daha 14 nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ